OPTIMAL Electorincs 

Баку

Я хочу тут работать
×

OPTIMAL Electorincs 

Optimal Elektronika şirkəti 1997-cı ildə yaradılmışdır. Optimal Elektronika şirkəti Bosch, Toshiba, Simfer, Singer, Carrier və Eksen  şirkətlərinin rəsmi distribyutorudur. Bizim  şirkətimiz  Mobitel , Inteqral şirkətləri ilə əməkdaşlıq edir və Nokia, Samsung mobil telefonlarının satışı ilə məşğuldur. Bizim mağazalardan Toshiba, Acer, Asus, HP Noutbooklarını əldə edə bilərsiniz, həmçinin ofis və ev üçün  personal kompyuterlərin satışı ilə bağlı yığılması da həyata keçirilir. Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilməsində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.  Avadanlığın zəmanətli və post-zəmanətli təmirini təmin edən yüksək səviyyəli məlumat və servis dəstəyini təqdim etməklə, biz aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını sizə təqdim edirik. Biz mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikasının 2 mindən cox növünü təqdim edirik. Bizim mağazaların əməkdaşları sizə texnikanın seçimində böyük məmnuniyyətlə kömək edəcək, texniki məsələlərlə bağlı nəzakətlə məsləhət verəcək və operativ şəkildə əldə etdiyiniz malı rəsmiləşdirəcəklər. Firmada geniş dünya standartlarına cavab verən yüksəkixtisaslı Servis Mərkəzi fəaliyyət göstərir. Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibində kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.