Организация

ООО Arsenal group

Нет отзывов
Баку
Организация

ООО Arsenal group

                                                                                                                                     HAQQIMIZDA 


 
Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə), eksklüziv mebel və otaq qapıları istehsalı istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 25 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.
 

 

Fəaliyyət istiqamətləri:

 

• Xarici xammal və aksesuarların gətirilməsi və satışı və eyni zamanda yerli xammalın satışı.

• Mebel sektoru üçün yarımfabrikatların istehsalı.

• Mebel sektorunda çalışan firmalar və sexlər üçün müxtəlif xidmətlərin göstərilməsi.

• Otaq qapılarının istehsalı:  Otaq qapıları istehsalı üçün hər növ xammalın importu və satışı: qapı panelləri, aksesuarlar,  müxtəlif ölçülərdə otaq qapılarının hazırlanması

• ALTO Mebel brendi-fərdi mebel istehsalı. Hər obyektin (ev, ofis, otel, restoran və s.) ölçüləri və dizaynına uyğun olaraq hazırlanması: mətbəx mebeli, yataq və qonaq otağı, şkaf-kupe, dəhliz mebeli, qarderob, uşaq otağı, rəflər, hamam otağı, camaşırxana, ofis mebeli, restoran, bar, kafe mebeli və s.

Отзывы о компании

Здесь пока нет отзывов, но ваш может стать первым
Ваши отзывы помогают людям принимать взвешенные карьерные решения
Оставить отзыв
Компания не разместила информацию об открытых вакансиях.