SKY WASH 

Я хочу тут работать
×

SKY WASH 

SKYWASH- İŞİNİZİ PEŞƏKARLARA ETİBAR EDİN.

 

‘SKYWASH’ təmizlik sistemində uzun illərdən bəri əldə etdiyi təcrübə və biliyi ilə, bu sahədə mütəxəssisləşmiş kollektivlə müasir texnalogiyanı yaxından təqib edərək bu sektordakı yerini möhkəmləndirmişdir. Şirkət olaraq gələcək hədəflərimizi keyfiyyəti aşağı salmadan, dürüst və sağlam xidmət prinsiplərinə sadiq qalaraq təmizlik sektorundakı mövqemizi qorumaq və irəliyə aparmaq ən mühim məqsədlərimiz arasındadır. Bu istiqamətdə iddialı fəaliyyətimizi aramsız davam etdirməkdəyik. “Referansımız müştərilərimizdir” prinsipindən hərəkətlə portfolyomuzu hər keçən gün genişləndirməkdəyik. Müştərilərimizdən aldığımız bu enerji bizi daha da cox cəsarətləndirərək xidmətimizi irəliyə aparmaqdadır. 2012-ci ildən bəri fəaliyyət göstərən şirkətimiz hər keçən gün özünü yeniləyərək siz müştərilərimizə xidmət göstərməyin sevincini yaşamaqdadır. ‘SKYWASH’ müəyyən qayda və qanunları olan bir şirkət olmaqla birlikdə göstərmiş olduğu xidmətlərin ümumi və fərdi olmasından asılı olmayaraq yüksək səviyyədə keyfiyyətli və qüsursuz olmağına əhəmiyyət verərək öz əməkdaşlarının bilik və bacarıqlarını davamlı inkişaf etdirərək öz keyfiyyət standartlarını formalaşdırmaqda, bu istiqamətdə xidmət anlayışını və fəaliyyətini davam etdirməkdədir. Şirkətimiz siz dəyərli müştərilərimizin daha keyfiyyətli və effektli təmizlik xidmətləri ala bilməyiniz üçün lazım olan texnoloji və araşdırma fəaliyyətlərini davamlı yeniləyərək öz xidmətlərini sizə təqdim etməkdədir. ‘SKYWASH’ olaraq son dərəcə həssaslıqla siz dəyərli müştərilərimizin də daima hüzurlu və xoşbəxt olmasını təmin etmək üçün işimizi ilk günündə olduğu kimi ciddiyətlə davam etdirməkdəyik. Vizyonumuz komanda olaraq ilkləri bacarmaq , fərqimizi ortaya qoyaraq müştərilərimizə və gələcək nəsillərə keyfiyyətli, münasib qiymət , etibar xidmət təqdim etməkdir.

 

MƏQSƏDİMİZ- MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

Məqsədimiz bu sektorun boşluqlarını keyfiyyətli və etibarlı məhsullar istifadə edərək ən uyğun həll yoluyla doldurmaqdır. Bu hədəflər istiqmətində ‘SKYWASH’ olaraq: Bu sektorla əlaqəli təmizlik həllərini müştəri və əməkdaş məmnuniyyətini davamlı inkişaf və yeni texnologiyaları ön planda tutaraq irəliləmək; Stratejik həll ortağımız olan müştərilərimizin istək və problemlərini ən doğru şəkildə aşkarlayıb qüsursuz və az mahiyyətlə qarşılamaq; Öhdəliklərimizi əksiksiz yerinə yetirərək sektorda nümunə və axtarılan bir şirkət olmaq, sizlərlə birlikdə ucalmaqdır;

 

Вакансии компании

Вакансии в других регионах:1

 
з/п не указана
Баку